IMG-LOGO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

29 Dec 2025 18:08 5 baxış
IMG
2 1

Lənkəranda qətlin üstü açılıb.

Lent.az-ın verdiyi xəbərə görə, 13 il əvvəl - 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Ağayevanın qətlə yetirildiyi məlum olub.

Bu gün Təranə Ağayevanın qətlində şübhəli bilinən həmkəndlisi 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. İlkin məlumata görə, Ə. Kazımov T.Ağayevanı öldürəndən sonra meyitini basdırdığı yeri göstərib. T.Ağayevanın qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Kazımov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisələr cinayət işi

Xəbər lenti