IMG-LOGO

Zaqatalada minik avtomobilləri toqquşdu: xəsarət alanlar var

29 Dec 2025 17:18 45 baxış
IMG
1 0

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Lent.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisələr

Xəbər lenti