IMG-LOGO

Azərbaycanda 140-dək KOB subyektinin məhsullarının satışına dəstək göstərilib

29 Dec 2025 15:48 4 baxış
IMG

Azərbaycanda 140-dək kiçik və orta biznes (KOB) subyektinin istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək göstərilib.

Bu barədə "Report" KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaranmasının 8 ili münasibəti ilə açıqladığı hesabatda deyilir.

Məlumata görə, KOB subyektləri üçün 70 daxili bazar araşdırması aparılıb. 2 000-dək KOB subyektinin yerli və beynəlxalq sərgidə iştirakı təmin edilib ki, bu platformalarda sahibkarlar öz məhsullarını tanıda bilib, satış və ixrac imkanlarını artırıb.

Quba və Sumqayıtda olmaqla iki KOB klaster şirkəti yaradılıb və onlara vergi və gömrük güzəştlərini nəzərdə tutan "KOB klaster şəhadətnaməsi" verilib.

Hımçinin, ötən 8 ildə KOB-lara ünvanlanmış bir sıra yeni dəstək mexanizmləri yaradılıb. İndiyədək 240-dək KOB subyektinə innovativ fəaliyyət üzrə onları mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilib.

Qeyd edək ki, KOBİA-nın fəaliyyətə başlamasından 8 il ötür. Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Xəbər lenti