Lamin Yamalın sevgilisi İnes, sosial mediada İspaniya milli komandasının oyunçusuna Dünya çempionatının finalına çıxmasını xahiş edir ki, Castin Biberin şousunda iştirak edə bilsin.
"Əzizim, finala çıxmaq üçün nə lazımdırsa edin. Məni eşidirsiniz??? Nə lazımdırsa olsun!", - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İnes yazıb.
Daha əvvəl Castin Biberin iyulun 19-da ilk Dünya çempionatının finalının fasilə şousunda da çıxış edəcəyi açıqlanıb. Kanadalı Madonna, Şakira və BTS qrupuna qoşulacaq.
İdman xəbərləriMənbə: lent.az