IMG-LOGO

Zaqatalada QƏZA: İki nəfər yaralandı

11 Jul 2026 22:54 3 baxış
IMG
2 0

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza saat 22:00 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb.

zaqatala qəza

Mənbə: lent.az

Xəbər lenti