Yunanıstanın Samos adası yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində bir qadın ölüb, daha üç miqrant itkin düşüb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstan sahil mühafizəsi məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, Petalides bölgəsində adaya çıxan 26 miqrant digər sərnişinlərin hələ də dənizdə olduğunu bildirib.
Faciənin baş verdiyi ərazidə sahil mühafizəsi gəmisi və helikopterin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.