IMG-LOGO

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib

29 Dec 2025 13:51 7 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda növbəti vətəndaş qəbulu keçirib.

Qurumdan "Report"a verilən məlumata görə, vətəndaşlar qəbul zamanı islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidlərin təmir və tikintisi, ehsan süfrələrinin sadələşdirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti