IMG-LOGO

Ukrayna prezidenti hərbi vəziyyətin ləğvi üçün əsas şərti açıqlayıb

29 Dec 2025 13:56 6 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə hərbi vəziyyət yalnız real təhlükəsizlik zəmanətləri əldə edildikdən sonra ləğv edilə bilər.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

"Hamımız müharibənin bitməsini istəyirik. O zaman hərbi vəziyyətin tətbiqi də başa çatacaq. Lakin bu, Ukraynanın təhlükəsizlik zəmanətləri əldə etdiyi zaman olacaq", - V.Zelenski vurğulayıb.

O izah edib ki, təhlükəsizlik zəmanətləri dedikdə təkcə siyasi bəyanatlar deyil, həm də praktiki mexanizmlər - tərəfdaşlar tərəfindən monitorinq və onların real iştirakı nəzərdə tutulur.

V.Zelenski əlavə edib ki, hərbi vəziyyətin ləğv edilməsi müddətləri həm də hərbi komandanlığın mövqeyindən asılı olacaq: "Bu məsələ artıq Ali Baş Komandanın Qərargahında müzakirə edilib. Komandanlıq təsdiq etməlidir ki, bütün infrastruktur hərbi vəziyyətin ləğvi üçün hazırdır".

Xəbər lenti