IMG-LOGO

Honqkonqda yanğından zərər çəkənlərə 150 milyon dollardan çox pul xərclənib

29 Dec 2025 12:10 5 baxış
IMG

Çinin xüsusi inzibati rayonu Honqkonqun hakimiyyəti şəhərdəki yaşayış komplekslərindən bnirində baş verən və 160 nəfərdən çox insanın həlak olduğu yanğından zərər çəkənlərə dəstək üçün yaradılmış fonda toplanmış vəsaitinin 30 faizini artıq sərf edib.

"Report" "South China Morning Post"a istinadən xəbər verir ki, bu, ümumilikdə 1,2 milyard Honqkonq dolları (təqribən 154 milyon ABŞ dolları) təşkil edir.

Fondda ümumilikdə 4,1 milyard Honqkonq dolları (təqribən $528 milyon) toplanıb.

Qeyd edək ki, yanmış yaşayış kompleksinin 4,6 mindən çox sakini hazırda şəhər hakimiyyəti tərəfindən ayrılmış mənzillərdə, o cümlədən 489 nəfər mehmanxanalarda, 551 nəfər isə yataqxanalarda və ya kampuslarda yerləşdirilib.

Xəbər lenti