IMG-LOGO

SOCAR və "Uniper" qlobal qaz bazarlarının inkişaf perspektivlərini müzakirə edib

29 Dec 2025 12:59 7 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Uniper" şirkəti arasında qlobal qaz bazarlarının inkişaf perspektivləri müzakirə edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR nümayəndələrinin "Uniper" şirkəti tərəfindən təşkil olunan strateji səviyyəli qarşılıqlı məlumat mübadiləsi proqramında iştirakı zamanı aparılıb.

Proqramın məqsədi iki şirkət arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı, kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrin paylaşılması olub.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarə olunması, rəqəmsal texnologiyaların tətbiqi, media və kommunikasiya, sosial məsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

Xəbər lenti