Çin Xalq Azadlıq Ordusunun şərq bölgəsinin döyüş komandanlığı dekabrın 30-da Tayvan yaxınlığındakı beş dəniz bölgəsində və hava məkanında genişmiqyaslı canlı atəş təlimləri keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimlər yerli vaxtla səhər saat 8:00-dan axşam saat 18:00-dək keçiriləcək. Komandanlıq Tayvan boğazı, Şərqi Çin dənizi, Cənubi Çin dənizi və Filippin dənizində yerləşən beş təlim zonasının dəqiq koordinatlarını dərc edib.
Təhlükəsizliyə görə hər hansı gəmi və təyyarələrə təyin olunmuş sulara, atışların baş verdiyi ərazilərə icazəsiz daxil olmaqdan çəkinmələri tövsiyə olunub.