IMG-LOGO

Gələn ilin əvvəli "istəklilər koalisiyası"nın növbəti iclası keçiriləcək

29 Dec 2025 06:55 5 baxış
IMG

Gələn ilin yanvar ayının əvvəlində Parisdə "istəklilər koalisiyası"nın növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Biz hər birinin konkret töhfəsini yekunlaşdırmaq üçün yanvarın əvvəlində Parisdə "istəklilər koalisiyası"na daxil olan ölkələri toplayacağıq", - o "X"də yazıb.

Makron qeyd edib ki, o və digər Avropa liderləri, eləcə də ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin sülhün bərqərar olması üçün təhlükəsizlik təminatlarında irəliləyiş əldə edirlər.

Xəbər lenti