IMG-LOGO

Kim Çen In strateji qanadlı raketlərin buraxılışını izləyib

29 Dec 2025 05:12 5 baxış
IMG

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In dekabrın 28-də Sarı dənizdə strateji qanadlı raketlərin buraxılmasını izləyib.

"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Raketlər xüsusi trayektoriya üzrə müvafiq olaraq 10 199 saniyə və 10 203 saniyə uçduqdan sonra hədəfi vurub.

"Yoldaş Kim Çen In böyük məmnunluğunu ifadə etdi. Onun sözlərinə görə, təlimlərin nəticələri praktiki təsdiqdir və strateji əks-hücum imkanlarımızın mütləq etibarlılığının parlaq nümayişidir", - agentlik bildirib.

KXDR lideri vurğulayıb ki, nüvə çəkindirici qüvvələrin çevik reaksiya verməyə hazırlığının müntəzəm sınaqları və onların qüdrətinin nümayişi özünümüdafiə hüququndan məsuliyyətli istifadə çərçivəsində həyata keçirilir.

"Yoldaş Kim Çen In əmin etdi ki, partiyamız və hökumətimiz nüvə döyüş qüvvələrinin davamlı inkişafı üçün bundan sonra da hər cür səy göstərəcək".

Xəbər lenti