IMG-LOGO

İsrail ordusu hava hədəflərinə qarşı lazer sistemlərindən istifadə edəcək

28 Dec 2025 21:39 4 baxış
IMG

"Rafael Advanced Defense Systems" şirkəti özünün ilk "Iron Beam" lazer hava hücumundan müdafiə sistemlərini İsrail Müdafiə Qüvvələrinə təhvil verib.

"Report" bu barədə "The Times of Israel" qəzetinə istinadən xəbər verir.

"Bu, ilk dəfədir ki, yüksək güclü lazer ələ keçirmə sistemi tam əməliyyat qabiliyyətinə çatdırılıb", - nəşr İsrailin müdafiə naziri İsrael Katsdan sitat gətirib.

İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram qeyd edib ki, bu, inkişaf mərhələsindən seriyalı istehsala keçidi göstərir və ölkənin müdafiə potensialını gücləndirəcək, müdafiə xərclərini azaldacaq texnoloji inqilabın yalnız başlanğıcıdır.

Xəbər lenti