ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təsdiqlənməsi üçün Konqresə təqdim etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp ABŞ-nin dəstəkləyəcəyi təhlükəsizlik zəmanətlərini Konqresə təqdim etməyə hazırdır. O, həmçinin bu paketi Vaşinqtonun Ukraynaya təklif edə biləcəyi "platin standartı" adlandırıb.
"Bu, onların indiyə qədər gördükləri ən möhkəm təhlükəsizlik protokolu paketidir. Bu, çox, çox güclü paketdir", - başqa bir yüksək səviyyəli ABŞ rəsmisi deyib.
Mənbələrin heç biri ABŞ-nin Ukraynaya konkret olaraq nə vəd etdiyini açıqlamayıb. Bununla belə, onlar bildiriblər ki, Amerika zəmanətləri Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq, münaqişələrin həlli mexanizmləri yaradacaq və yekun sülh razılaşmasına nəzarət edəcək. Onlar həmçinin Rusiya müqaviləni pozarsa, onun nəticələrini də əhatə edəcək.
Tramp, CNN-in qeyd etdiyi kimi, Moskvanı zəmanətləri qəbul etməyə məcbur edə biləcəyinə inanır və rəsmilər də Rusiyanın istənilən sülh sazişinin bir hissəsi kimi Ukraynanın Avropa Birliyinə qoşulmasına icazə verməyə hazır olduğunu bildirib.