IMG-LOGO

FT: Zelenski Trampla görüşdə onu Rusiyaya təzyiqləri artırmağa inandırmaq niyyətindədir

28 Dec 2025 19:36 5 baxış
IMG

Dekabrın 28-də Floridada amerikalı həmkarı Donald Trampla görüşü zamanı Ukrayna Prezidenti Volodimir Zelenski onu Rusiyaya təzyiqləri artırmağa inandırmaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "The Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin mənbəsi Zelenskinin dekabrın 27-də Trampla görüşündən əvvəl Avropa liderləri ilə telefon danışığının məzmununu açıqlayıb. Onun sözlərinə görə, siyasətçi Rusiyanın Kiyev və Avropanın müharibəyə son qoymaq şərtləri ilə razılaşacağını gözləmir və buna görə də Amerika liderini Moskvaya təzyiq göstərməyə inandırmaq niyyətindədir.

Nəşrin yazdığına görə, Zelenski yalnız referendum keçiriləcəyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərq vilayətlərindən çıxarılmasına razılıq vermək niyyətindədir.

Kiyev həmçinin bir daha avropalı siyasətçiləri Ukrayna Silahlı Qüvvələrinin sabit maliyyələşdirilməsini təmin etməyə çağırıb.

Xəbər lenti