Apple tərəfindən məhkəməyə verilən xəbərçi və blogger Con Prosser yeni videoda “iPhone Fold”u nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, insayder “Apple”ın debüt qatlanan telefonunun necə görünəcəyini bildiyini iddia edir.
Əgər görüntülər dəqiq olarsa, iPhone Fold, Samsung Galaxy Z Fold kimi kitab stilində bir cihaz olacaq, lakin unikal nisbətlərə malikdir: “iPad mini”yə bənzər daha geniş, kvadrat daxili ekran və “iPhone 12/13 mini”nin enində xarici ekran.
Cihazın qatlandıqda təxminən 9 millimetr, tam açıldıqda isə təxminən 4,5 millimetr ölçüdə olacağı gözlənilir ki, bu da onu ən nazik iPhone və “Apple”ın indiyə qədərki ən nazik cihazlarından biri edəcək.
Cihaz iki rəngdə - qara və ağ rəngdə təqdim olunur. Xüsusilə qatlanan ekrana diqqət yetirilir: əvvəllər “Apple”ın iPhone Fold ilə digər şirkətlərin nail ola bilmədiyi bir şeyə - "demək olar ki, görünməyən" qatlanma xəttinə nail olduğu iddia edilir.
Apple görünən qatlanma xəttini minimuma endirmək üçün xüsusi metal lövhələrdən, menteşədə maye metaldan və qabaqcıl sensor panellərdən istifadə edə bilər.
Təsdiqlənərsə, cihazda dörd kamera olacaq: ön, daxili və iki arxa. Face ID əvəzinə yan düymədə Touch ID olacaq və fiziki SIM kart yuvası əvəzinə eSIM texnologiyasından istifadə edəcək.
Müxtəlif hesablamalara görə, cihazın qiyməti 2000 ilə 2400 dollar arasında dəyişə bilər, bu da çox güman ki, yuxarı qiymətə daha yaxındır. Bu, bu forma faktorundakı əsas rəqiblərindən xeyli bahadır. Çevik ekranlı ilk “iPhone”un 2026-cı ilin payızında satışa çıxarılması planlaşdırılır.
iPhone Fold Apple ilk qatlana bilən smartfon