Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı bir sıra məsələlər Yeni ilə qədər həll oluna bilər.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.
"Hazırda ilin ən fəal diplomatik günlərindən birini yaşayırıq və çox şey Yeni ilə qədər həll oluna bilər. Biz bunun üçün əlimizdən gələni edirik, lakin qərarların qəbul olunması tərəfdaşlardan asılıdır", – o vurğulayıb.
Zelenski ABŞ Prezidenti Donald Tramp ilə qarşıdakı görüşü şərh edib və Qərb tərəfdaşlarını Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə çağırıb.
Ukrayna lideri həmçinin Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələrini şərh edərək, hava hücumundan müdafiə sistemləri üçün yeni raket tədarükünə çağırıb.