IMG-LOGO

Milli Paralimpiya Komitəsinin 2026-cı ildə yeni loqosu təqdim olunacaq

26 Dec 2025 15:48 3 baxış
IMG

Milli Paralimpiya Komitəsinin 2026-cı ildə yeni loqosu təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu qurumun baş katibi Toğrul Rəhimov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Komitə tərəfindən ilk dəfə yarışlarda qalib olan idmançılara mükafat ayrılıb. 2026-cı ildə Milli Paralimpiya Komitəsinin beynəlxalq standartlara cavab verən yeni loqosu da təqdim olunacaq. Karyeralarını bitirən idmançıların məşqçi kimi fəaliyyətini davam etdirməsi də nəzərdə tutulub".

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan paralimpiyaçıları beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar.

Xəbər lenti