FIFA dərəcəli qadın hakimlər, müvafiq Elit və II kateqoriya hakimləri üçün VAR sertifikasiyasının əldə olunmasına dair təlim-tədris proqramı keçirilir.
"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
AFFA-nın inzibati binasında təşkil olunan təlim-tədris prosesi VAR Layihəsi üzrə təlimçi Kristof Dierik tərəfindən həyata keçirilir.



