IMG-LOGO

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib

26 Dec 2025 14:38 3 baxış
IMG

Çin Xarici İşlər Nazirliyi Tayvana silah satışına görə ABŞ-nin 10 vətəndaşına və 20 müdafiə şirkətinə sanksiyalar tətbiq edib.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verib.

Sanksiyalar siyahısında "Boeing"in Sent-Luisdəki filialı da yer alır.

Nazirlikdən bildirilib ki, bu tədbir çərçivəsində sanksiyaya məruz qalan şəxslərin və şirkətlərin Çindəki bütün aktivləri dondurulur, Çin təşkilatlarına və fiziki şəxslərə onlarla əməkdaşlıq etmək qadağan edilir.

Bundan başqa, sanksiyalar siyahısında olan şəxslərin ölkəyə girişi də qadağan edilib.

Xəbər lenti