IMG-LOGO

UN-Habitat icraçı direktoru: Bakıda Ağ Şəhər transformasiya, şəhər yenilənməsinin nümunəsidir

26 Dec 2025 14:49 3 baxış
IMG

Bakıda Ağ Şəhər transformasiya, şəhər yenilənməsinin nümunəsidir.

Bunu "Report"un ABŞ bürosuna müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudiya Rossbax deyib.

Onun fikrincə Ağ Şəhər WUF13 zamanı insanların ziyarət etməkdən çox məmnun olacağı bir yerdir.

A.Rossbax qeyd edib ki, bu, gözəl bir şəhərdir və bir çox iştirakçı holistik (vahid - red) şəkildə şəhər planlaşdırılmasından və şəhərin yenidən canlandırılmasından çox şey öyrənə biləcəklər.

"Bakı çox maraqlıdır, çünki hazırkı çağırışların bir hissəsi kimi çalışdığımız sahələrin bir çoxu Bakı və ümumilikdə Azərbaycan təcrübəsi ilə əlaqəlidir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Xəbər lenti