IMG-LOGO

UN-Habitat Qarabağda iki kəndin yenidən qurulması üçün plan hazırlayacaq

26 Dec 2025 13:50 4 baxış
IMG

UN-Habitat Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə yaxın zamanlarda Qarabağda iki kəndin yenidən qurulması üçün xüsusi planların hazırlanmasına başlayacaq.

Bunu "Report"un ABŞ bürosuna müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudiya Rossbax deyib.

"Mən bu yaxınlarda kampaniyanı başlatmaq üçün regionda oldum, amma ideya həqiqətən də icmanı əsas infrastruktur, mənzil, ictimai xidmətlər və yaşıllıq sahələri ilə bütöv inkişaf prosesinə inteqrasiya etməkdir. Beləliklə, biz Azərbaycan hökumətini dəstəkləməkdə çox həvəsliyik, öz təcrübəmizi istifadə edirik, qlobal mövcudluğumuzu orada birləşdiririk, lakin eyni zamanda prosesdən öyrənirik, çünki hər proses yeni bir mərhələdir və biz də bundan öyrənirik".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Xəbər lenti