Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 5,89 milyon ABŞ dolları dəyərində 1 min 349 ton zeytun yağı ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 % az, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 606 ton (+6 dəfə), Rusiyaya 1,99 milyon ABŞ dolları dəyərində (-42 %) 304 ton (-35 %), İsrailə 796 min ABŞ dolları dəyərində (+33 %) 220 ton (+2,5 dəfə), Amerika Birləşmiş Ştatlarına 299 min ABŞ dolları dəyərində (+17 %) 71 ton (+2 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 295 min ABŞ dolları dəyərində (-40 %) 88 ton (dəyişməyib) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya (84,2 min ABŞ dolları dəyərində 8 ton), Səudiyyə Ərəbistanına (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Yaponiyaya (0,32 min ABŞ dolları dəyərində 0,23 ton) həyata keçirilib.