IMG-LOGO

KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb

26 Dec 2025 03:16 5 baxış
IMG

ABŞ-nin Kaliforniya ştatında tüğyan edən fırtına nəticəsində azı üç nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Forbes" jurnalı xəbər yayıb.

Ştatın cənubunda 40 m/s-dən çox güclü küləyin əsdiyi yağışlı hava şəraiti hökm sürür. Kaliforniyanın şimalında güclü qar yağır.

Əlverişsiz hava şəraiti səbəbindən Milad gecəsi ərəfəsində ştatda 110 mindən çox abonent elektriksiz qalıb. Kaliforniya qubernatoru Qevin Nyusom Los-Ancelesdə və ətraf ərazilərdə fövqəladə vəziyyət elan edib.

Xəbər lenti