IMG-LOGO

Rubio: ABŞ Kamboca - Tailand danışıqlarına yardım etməyə hazırdır

26 Dec 2025 02:39 4 baxış
IMG

ABŞ dövlət katibi Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığında Vaşinqtonun Pnompen və Banqkok arasında hərbi əməliyyatlara son qoymaq üçün dialoqun qurulmasına kömək etməyə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilib.

Piqottun sözlərinə görə, Rubio Hun Manetlə söhbətində Kamboca və Tailand arasında davam edən zorakılıqdan narahatlığını ifadə edib. Dövlət katibi ABŞ Prezidenti Donald Trampın sülhə sadiqliyini və Kuala Lumpur sülh müqavilələrinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini bir daha təsdiqləyib.

"Dövlət katibi Rubio ABŞ-nin Kamboca və Tailand arasında sülh və sabitliyin təmin edilməsinə yönəlmiş danışıqlara kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib", - Piqott əlavə edib.

Xəbər lenti