Ukrayna Nazirlər Kabineti Rusiyadan ölkəyə malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.
"Report" xəbər verir ki, bununla bağlı qərar Ukrayna hökumətinin saytında dərc olunub.
Qərara əsasən, Rusiyanın bəzi mallarının idxalına qoyulan qadağanın müddəti 31 dekabr 2026-cı ilədək uzadılıb. Digər qərara görə isə eyni tarixədək Rusiyadan gətirilən məhsullara tətbiq olunan rüsumlar qüvvədə qalacaq.
Xatırladaq ki, hər iki qərar 30 dekabr 2015-ci ildə qəbul olunub və o vaxtdan dəfələrlə uzadılıb.
Qadağan olunmuş idxal məhsulları sırasında xüsusilə ət, balıq, qəhvə, çay, şokolad və digər şirniyyat məmulatları, uşaq qidaları, heyvan yemi, spirtli içkilər və siqaretlər yer alır. Qadağa həmçinin bir sıra sənaye məhsullarına, nəqliyyat vasitələrinə, gübrələrə və kənd təsərrüfatı məhsullarına da şamil olunur.