IMG-LOGO

Aygün Bəylər vəfat etdi - YENİLƏNİB

07 Jan 2024 01:08 92 baxış
IMG

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirlyi məlumat yayıb.

***

Saat 01:05

Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

***

Saat 21:25

06.01.2023

Əməkdar artist Aygün Bəylər haqqında sosial mediada yayılan ölüm xəbəri həqiqəti əks etdirmir.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyinin media və kommunukasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

O qeyd edib ki, Aygün Bəylərin vəziyyəti ağırdır: 

"Aygün Bəylər bu gün saat 22:50-də Ankara-Bakı reysi ilə vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub".

***

Saat 21:03

Azərbaycanın əməkdar artist Aygün Hümbətovanın (Bəylər) ölüm xəbəri yayılıb.

Lent.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumay yayılıb. 

Məlumatı dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Mədəniyyət Nazirliyindən oxu.az-a faktı təsdiqləyiblər.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya gedibmiş.

Mənbə: lent.az

Xəbər lenti