Azərbaycan II Liqasında çıxış edən "Sheki City" texniki məğlubiyyətlə cəzalandırılıb.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bölgə təmsilçisinə XIII turun "Qaradağ Lökbatan"la matçına çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı klub 1000 manat cərimələnib.