IMG-LOGO

Yeni tapılan qalaktikalar banana bənzəyir - İDDİA

06.01.2024 19:30 75 baxış
IMG

Ceyms Uebb teleskopu ilə işləyən astronomlar belə qənaətə gəliblər ki, yeni tapılan qalaktikalar adi disklər kimi deyil, banan şəklindədirlər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kolumbiya Universitetindən Viraj Pandyanın rəhbərlik etdiyi qrup dörd mindən çox gənc qalaktikaları tədqiq edib.

Nəşrin müəllifləri təklif edirlər ki, qalaktikalar haqqında əldə edilən məlumatlar təsdiqlənərsə, bu, qaranlıq materiyanın qalaktikaların görünüşünə təsiri barədə əlavə məlumat verəcək.

Xəbər lenti