APA TV-də yayımlanan “XƏBƏRAPARAN” verilişinin qonağı olan proqramçı Kamran Qasımov texnologiyanın gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Lent.az xəbər verir ki, onun sözlərinə görə, yaxın gələcəkdə smartfonlar təkcə səs və görüntü ilə kifayətlənməyəcək. Görüntülü danışıq zamanı qoxuların ötürülməsi texnologiyası reallığa çevriləcək.
“Texnoloji inkişaf nəticəsində qarşı tərəfin toxunuşlarını hiss etmək də mümkün olacaq. Xüsusi sensorlar dəstəyi ilə istifadəçilər fiziki təması hiss edə biləcəklər”, – deyə, o qeyd edib.
Sizin brauzer video tagını dəstəkləmir. APA tv xəbəraparan