IMG-LOGO

"Real"ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Jan 2026 21:20 5 baxış
IMG

İspaniyanın "Real" (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.

Xəbər lenti