Cəlilabadda qadın adı ilə sosial şəbəkəyə girən gənc oğlan kişini şantaj edib.
Lent.az xəbər verir ki, 19 yaşlı İmran Balayev (ad və soyad şərtidir) “Facebook” sosial şəbəkəsində özünü qadın kimi təqdim edib. O, özünə məxsus “Mərcan” adlı profillə M. Əzizov adlı şəxslə danışmağa başlayıb. Əvvəlcə o, boşanmış qadın və himayəsində xəstə övladının olduğunu deyərək kişidən pul istəyib. Daha sonra o, “Whatsapp” nömrəsini zərərçəkənə deyib və burada yazışmağa başlayıblar. “Mərcan” həmçinin qız fotolarını zərərçəkənin profilinə göndərib.
“Mərcan” zərərçəkənlə danışıq zamanı onun qeyri-etik fotolarını əldə edib. Daha sonra o, zərərçəkən Əzizova yazaraq, ona atdığı qeyri-etik fotoları yayacağı ilə hədələyib və 500 manat istəyib. Əzizov da bundan qorxaraq, “Mərcan”a ümumilikdə 1300 manat pul göndərib.
Bu əməlinə görə, İmran Balayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Cəlilabad rayon Məhkəməsinin qərarı ilə İmran Balayev 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisələr şantaj hədə-qorxu ilə pul tələb etmə Cəlilabad rayonu saxta profillər