IMG-LOGO

"Wizz Air" İrəvan-London marşrutu üzrə birbaşa uçuşlar həyata keçirəcək

23 Dec 2025 14:55 3 baxış
IMG

Macarıstanın "Wizz Air" şirkəti 2026-cı il iyunun 12-dən etibarən İrəvan-London-İrəvan marşrutu üzrə uçuşlara başlayacaq.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, İrəvanın "Zvartnots" beynəlxalq hava limanından Londonun Luton hava limanına uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Xəbər lenti