IMG-LOGO

Lənkəranda AĞIR QƏZA: 4 nəfər yaralandı

11 Apr 2026 02:14 3 baxış
IMG
0 0

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel”lə toqquşub. Nəticədə “Mercedes”də olan Sabirabad sakinləri – 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, həmçinin “Opel”in sürücüsü və sərnişini, 2000-ci il təvəllüdlü Səbuhi Həmidli xəsarət alıb.

Yaralılardan Allahverdi Oruczadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, digər şəxslərin müalicəsi davam etdirilir. Qəzaya düşənlərin hərbi hissə zabitləri olduğu bildirilir, fakt üzrə araşdırma aparılır.

lənkəran qəza

Xəbər lenti