IMG-LOGO

Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir

08 Nov 2026 12:39 3 baxış
IMG

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, diplomat müvafiq paylaşımı "X" sosial şəbəkəsində yerləşdirib.

"Ədalətin təntənəsini, suverenliyi və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən Zəfər Günü münasibətilə Azərbaycan rəhbərliyini və qardaş xalqını təbrik edirəm! Azərbaycana sülh, birlik, rifah və gələcək uğurlar arzulayıram!" - səfir yazıb.

Mənbə: report.az

Xəbər lenti