IMG-LOGO

Çapar sakini: Kəndimizə geri dönəcəyimizə heç vaxt şübhə etmədik

09 Jan 2026 13:00 6 baxış
IMG

Sakinlər bir gün yenidən kəndə dönəcəklərinə heç vaxt şübhə etmədilər.

Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə qayıdan sakin Nemət Ocaqverdiyev deyib.

O, məcburi köçkünlük dövründə yaşadıqları əziyyətli dövrün artıq geridə qaldığını bildirib:

"Kəndi tərk etmək məcburiyyətində qaldıqdan sonra çox əziyyət çəksək də, geri dönmək ümidimizi heç vaxt itirmədik. Hər ötən gün bu inam daha da artırdı. Doğma kəndə qayıtdığımız üçün çox xoşbəxtik. Kənddən çıxanda subay idim. İndi isə ailə üzvlərim və üç nəvəmlə birlikdə kəndimizə qayıdırıq".

Xəbər lenti