Mingəçevirdə "Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu" mövzusunda seminar təşkil olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər Prokurorluğunda keçirilən seminarda Baş Prokurorluğun məhsul şəxsləri, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlaxdan prokurluq əməkdaşları, QHT nümayəndələri və jurnalistlər iştirak ediblər.
Seminarda prokurorluq fəaliyyətinin hüquqi əsasları, müxtəlif peşəkar incəlikləri və cəmiyyətlə aralarında formalaşmış etimad meyarları haqqında iştirakçılara ətraflı məlumatlar verilib.
Həmçinin informasiya xarakterli nəzəri praktik məsələlərdən söhbət açılıb.
Sonda prokurorluq əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

