IMG-LOGO

Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmətinin qısamüddətli və maaşlı olması təklif edilib

23 Dec 2025 12:45 2 baxış
IMG

Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmət zamanı qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunması təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxış edib.

Deputat qeyd edib ki, tibb fakültəsi məzunlarının hamı kimi hərbi xidmətə cəlb olunması onların şəxsi karyerasına və səhiyyə sisteminin davamlılığına təsir göstərir.

"Hesab edirəm ki, biz Türkiyədəki, İsraildəki, Cənubi Koreyadakı yeni yanaşmaları tətbiq etməliyik. Buradakı yanaşma odur ki, tibb fakültəsi məzunlarının hərbi xidməti qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunur. Məqsəd kiməsə güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Bu sayədə ordu real tibbi xidmət qazanacaq, dövlət isə kadr itirməyəcək".

Xəbər lenti