Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,7 %, 2027-ci ildə 5,4 %, 2028-ci ildə isə 6 % səviyyəsində olacağını proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, 2026-2027-ci illər üçün inflyasiya proqnozları əvvəllər dərc edilmiş qiymətləndirmə ilə müqayisədə eyni səviyyədə saxlanılıb, 2028-ci il üçün proqnoz isə 0,7 faiz bəndi artırılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yekunlarına görə ölkədə orta illik inflyasiya 5,6 % səviyyəsində qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta illik inflyasiya 5,7 % həddinə çatıb.
Bankın analitikləri hesab edirlər ki, 2026-cı ilin IV rübündə orta illik inflyasiya 5,7 % səviyyəsində (daha əvvəl 5,8 % proqnozlaşdırılırdı) olacaq. Bundan əlavə, 2027-ci ilin I rübü üçün inflyasiyanın 5,5 %, II rüb üçün 5,5 %, III rüb üçün 5,4 %, IV rüb üçün isə 5,4 % səviyyəsində olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə 5,3 % və 2028-ci ildə 4,8 % həddində proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı (oktyabr proqnozuna əsasən) 2026-cı ildə illik inflyasiyanın 5,9 % səviyyəsində olacağını gözləyir.
string(11) "not working"Mənbə: report.az