Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, yığma A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.
string(11) "not working"Mənbə: report.az