TopSpeed portalı ən yaxşı 10 səkkizyerlik krossoverin (cip) yer aldığı reytinq tərtib edib.
Lent.az xəbər verir ki, siyahıya 2026-cı il modelli “Hyundai Palisade” başçılıq edir. Avtomobil 3,6 litrlik V6 mühərrik və 8 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. Model geniş salonu və böyük yük bölməsi ilə seçilir.
İkinci yerdə 2026-cı il modelli “Kia Telluride” qərarlaşıb. Bu krossover də geniş səkkizyerlik salonu və tutumlu baqajı ilə diqqət çəkir. Mühərrik və sürətlər qutusu “Palisade” ilə eynidir.
Üçüncü yeri isə yenə 2026-cı il model “Toyota Grand Highlander” tutur.
Ən yaxşı səkkizyerlik krossoverlərin top-10 siyahısına həmçinin “Mazda CX-90”, “Cadillac Escalade”, “GMC Yukon”, “Chevrolet Suburban”, “Chevrolet Tahoe”, “Honda Pilot” və “Toyota Sequoia” modelləri də daxil edilib.
Ən yaxşı ciplər ən yaxşı avtomobillər