IMG-LOGO

"Neftçi" "Zenit"i məğlub etdi

18 Nov 2023 23:16 141 baxış
IMG

“Neftçi” bu gün yoldaşlıq oyunu keçirib.

Lent.az xəbər verir ki, Bakı klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Rusiya təmsilçisi “Zenit”lə qarşılaşıb.

Komandalar “Neftçi Arena”da üz-üzə gəliblər.  Görüş saat 21:00-da başlayıb. Matç təmsilçimizin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, yayda Rusiyada keçirilən qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı. 

Yoldaşlıq oyunu

18 noyabr

21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya) 2-1

Qol: R. Mirzov, 9, 62, D. Queiroz, 57 “Neftçi Arena”  

Mənbə: lent.az

Xəbər lenti