IMG-LOGO

Bakıda dənizdə batan uşağın meyiti tapıldı

08 Aug 2026 11:49 3 baxış
IMG
3 0

Bakıda dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dənizdə batan 16 yaşlı Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılaraq, çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə avqustun 6-da Sabunçu rayonu, Pirşağı qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə baş verib.

Hadisələr meyit suda batma boğulma dəniz

Mənbə: lent.az

Xəbər lenti