IMG-LOGO

"Emirates" Dubay və Şarcada onlarla uçuşu ləğv edib

19 Dec 2025 14:37 4 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviaşirkəti Dubayda 13 reysi ləğv edib.

"Report" "Əl-Ərəbiyə"yə istinadən xəbər verir ki, həmçinin gecə yağan güclü leysandan sonra Şarca hava limanında reyslərdə gecikmələr baş verib, bəzi reyslər isə ləğv edilib.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi reyslər ləğv edilir və ya gecikir", - Dubay hava limanının nümayəndəsi bildirib.

BƏƏ-nin Milli Meteorologiya Mərkəzi cümə axşamından cümə gününə qədər ölkə ərazisində, o cümlədən Dubay və paytaxt Əbu-Dabidə güclü yağışların yağacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti