IMG-LOGO

GlobalABC: Tikintilərin böyük hissəsi gecəqonduların hesabına baş verəcək

17 May 2026 15:41 6 baxış
IMG

Tikintilərin böyük hissəsi məhz qeyri-formal tikintinin (gecəqondular) hesabına baş verəcək.

"Report" xəbər verir ki, bunu Tikinti və İnşaat üzrə Qlobal Alyansının (GlobalABC) Katiblik Rəhbəri Gülnarə Roll Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

Onun sözlərinə görə, bunun həcmi nəhəng olacaq: "Təbii ki, onlar elə icmadır ki, çox pulu yoxdur, ona görə də daha ucuz materiallara üstünlük verirlər. Ancaq, daşqınlar, güclü yağışlar, ekstremal istilərlə necə mübarizə aparılmasının xərclərini həmin həssas qrupların nümayəndələri sonradan öyrəməyə məcbur olacaq. Buna görə də, həmin münasib qiymətli mənzillər zaman keçdikcə daha baha başa gələcək".

Qonaq qeyd edib ki, "GlobalABC"nin üzvlərinin 38 %-i özəl sektordan olan 380 təşkilatdan ibarətdir: "Burada hökumətlər, tədqiqatçılar, şəhərlər və özəl sektor həmin birlikdə birgə fəaliyyət göstərir. Çox operativ və praktiki səviyyədə bizim birlikdə məhsullar və pilot layihələr hazırlayan 8 tematik işçi qrupumuz və mərkəzlərimiz var".

Xəbər lenti