ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibənin faktiki olaraq başa çatdığına və Vaşinqtonun ilkin dörd-beş həftəlik müddətindən xeyli irəlidə olduğuna inanır.
"Report" xəbər verir ki, bu barədə "CBS News"un Ağ Ev müxbiri məlumat verib.
Jurnalist Trampın sözlərini sitat gətirib: "Düşünürəm ki, müharibə, demək olar ki, bitib. Onların nə donanması, nə rabitəsi, nə də hava qüvvələri var".
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.