ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff sabah Mayamidə Qətər, Misir və Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə Qəzzada müharibənin dayandırılması haqqında sazişin növbəti mərhələsinin müzakirəsi üçün görüş keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və üç vasitəçi ölkə hesab edir ki, həm İsrail, həm də HƏMAS sazişin ikinci mərhələsinin həyata keçirilməsini ləngidirlər və mövcud status-kvonun qorunmasında maraqlıdırlar.
Görüş fəaliyyətlərin koordinasiyasına və əvvəllər əldə edilmiş razılaşmaların icrasının sürətləndirilməsinə yönəlib.