AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XV turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Report"un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, "Şamaxı" - "Zirə" (2:1), "Kəpəz" - "Qəbələ" (1:0) və "Qarabağ" - "Araz-Naxçıvan" (5:1) matçlarındakı ümumilikdə 6 mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.
AFFA Hakimlər Komitəsinin sədri Premyer Liqanın XV turunun mübahisəli epizodlarını şərh edib
