IMG-LOGO

Balakəndə həkimləri şantaj edən reket jurnalistlər TUTULDU

18 Dec 2025 12:32 2 baxış
IMG
1 0

Balakəndə özünü jurnalist kimi təqdim edərək, stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Lent.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı keçirdikləri tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.

M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reket jurnalistlər Balakən rayonu

Xəbər lenti